Sabah XII tura start veriləcək

492

Sabah Topaz Premyer Liqasında XII tura start veriləcək. Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun görüşləri iki gündə oynanılacaq.

Həftənin mərkəzi oyununda ötən mövsümün mükafatçıları “Qəbələ” və “Zirə” üz-üzə gələcək. Turun açılış matçı bölgə təmsilçisinin meydanında keçiriləcək. Son turlarda vacib xallar itirib, üstünlüyünü əldən verən “qırmızı-qaralar” “Qarabağ”la səfər matçı öncəsi qələbəyə iddialıdı. Bakı klubu isə ilk “üçlük”dən uzaq düşməmək üçün rəqib meydanında xal qazanmalıdı. Avropa Liqasının qrup mərhələsinin digər iştirakçısı “Qarabağ” da ilk oyun günündə meydan çıxacaq. Öz meydanında oynayacaq “Qarabağ” “Kəpəz”i sınağa çəkəcək. Qurban Qurbanovun yetirmələri 17 matçdı uduzmadığı rəqibini bu dəfə də itkisiz keçə bilər. 3 turdu qalib gəlməyən gəncəlilər isə uğursuz seriyaları qırmaq əzmindədi.

Turnir cədvəlinin qonşuları “Neftçi” və “Sumqayıt” ikinci oyun günündə meydana çıxacaq. Həftəyə paytaxt derbisi ilə yekun vurulacaq. Liderləri izləyən “İnter” çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 15 turdu qələbəyə həsrət qalan qonaqlar sensasiya ümidi ilə “İnter Arena”ya çıxacaq.
Topaz Premyer Liqası

XII tur

19 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Zirə”

I dövrədəki oyun: 2:0
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – “Kəpəz”

I dövrədəki oyun: 1:1
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

20 noyabr (bazar)

14:00. “Sumqayıt” – “Neftçi”
I dövrədəki oyun: 2:1

Sumqayıt şəhər stadionu

16:00. “İnter” – AZAL

I dövrədəki oyun: 3:1
“İnter Arena”

1. Qəbələ 11 7 4 0 26-4 25
2. Qarabağ 11 8 1 2 23-5 25
3. İnter 11 5 5 1 17-11 20
4. Zirə 11 4 2 5 10-12 14
5. Kəpəz 11 2 6 3 7-10 12
6. Sumqayıt 11 2 4 5 9-17 10
7. Neftçi 11 3 0 8 9-25 9
8. AZAL 11 0 4 7 4-21 4

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7