Sabah avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

366

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Fəxri xiyaban istiqamətinə insan axınını nəzərə alaraq Parlament prospekti, bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.