“Saakaşvilinin partiyası güclənməkdədir”

477
”Belə davam etsə, Saakaşvilinin  Vahid Milli Hərəkat partiyası yenidən hakimiyyətə qayıdacaq”.
Belə bir bəyanatla Gürcüstan parlamentinin sabiq spikeri, Demokratik Hərəkat Partiyasının lideri Nino Burcanadze çıxış edib.

O qeyd edib ki, məhz hazırki iqtidarın yürütdüyü siyasət hesabına Mixail Saakaşvilinin partiyası “Gürcü koalisiya”sına alternativ siyasi qüvvə kimi mövcudluğunu qoruyub saxlamaqdır.

“Saakaşvilinin partiyası güclənməkdədir. Belə davam etsə, “Gürcü arzusu” siyasi baxımdan zəifləyəcək və böyük ehtimalla Vahid Milli Hərəkat hakimiyyətə qayıdacaq”, – deyə o vurğulayıb