Ş. Bayramov: “Qürurverici hissləri sözlə ifadə etmək mümkün deyil”

102

Bu gün Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Ağdamda “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdanmdan inkişaf impulsları” mövzusunda keçirilən I Beynəlxalq elmi-praktik konfransda iştirak edib.

S. Bayramov bununla bağlı təəssüratlarılnı feysbuk səhifəsində paylaşıb. Paylaşımda deyilir: “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan konfrans işğaldan azad edilmiş torpaqlarda keçirilən ilk elmi tədbirdir. “Ağdamda yeni iqtisadiyyat quruculuğunda təhsilin rolu” mövzusunda məruzəmiz var. Dəvətə və yaradılan imkana görə bütün təşkilatçılara təşəkkür edirəm. Doğma Ağdam torpağında olmağın yaratdığı qürurverici hissləri sözlə ifadə etmək mümkün deyil. Bu misilsiz hissləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram! Müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan əsgəri ilə fəxr edirəm!”

Esmira Hidayətova, Mingəçevir