Səyyar görüşlər problemlərin həllinə müsbət təsir göstərir

0
368

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşünü keçirib. Bu dəfə görüş şəhərin Energetiklər qəsəbəsindəki  8 saylı məktəbin akt zalında  keçirilib. Ölkədə aparılan abadlıq-quruculuqdan danışan başçı Mingəçevirdə də bu istiqamətdə görülən işlərdən söz açıb.

   Qəsəbə sakinləri ötən görüşdə qaldırdıqları problemlərin  həll olunduğu üçün icra başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Az.Dress qəsəbəsi artıq öz təmizliyi, gözəlliyi ilə heç də şəhərdən geri qalmır. Məhəllələr abadlaşıb, yollara asfalt örtüyü çəkilib, dayanacaq quraşdırılıb, ağaclar vaxtı-vaxtında suvarılır. Artıq sakinlər də başa düşürlər ki, səyyar görüşlərdə qaldırılan məsələlər mərhələli şəkildə öz həllini tapır. Bir sözlə, səyyar görüşlər problemlərin həllinə müsbət təsir göstərir

Bu görüşdə Y.Mansurov 13 ünvanının sakini Elxan Rəşidov qəsəbədə yaşanan isti su problemindən, zirzəmilərdə  kanalizasiya xətlərinin tamamilə yararsızlığından, dezinfeksiya olunmamasından söz açıb. Bütün səsləndirilən problemləri qeydiyyata götürən İlham ismayılov, açıqlama verib ki, Mingəçevirin nümunəvi şəhərə çevrilməsi üçün davamlı işlər aparılır və heç bir küçə və məhəllə bu prosesdən kənarda qalmayacaq.

Esmira Hidayətova, Mingəçevir