“Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır”

376
“Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcəklər”. Bunu oktyabrın 17-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib. O əlavə edib ki, rəsmi əl-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır: “Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır”.

Qeyd edək ki, Maykl Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şazadə Məhəmməd ibn-Salmanla müzakirə edib. Oktyabrın 17-də isə o, Türkiyədə səfərdə olub, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çabuşoğlu ilə itkin düşən jurnalistlə bağlı məsələni müzakirə edib.(Report)