Dünyanın iri neft ixracatçısı Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiyadan olan alıcılar üçün neftin qiymətini artırıb. Məlumata görə, neft tədarükləri üçün yeni qiymətlər mart ayından etibarən keçərli olacaq. Belə ki, yüngül neftin qiyməti Asiya müştəriləri üçün 30 faiz artıb. ABŞ, Şimal-qərbi Avropa, Aralıq dənizi və Asiyada satışlar üçün neftin bütün növlərinin qiymətləri artıb. Xatırladaq ki, 2016-cı ilin noyabrında OPEK 2008-ci ildən etibarən ilk dəfə olaraq neft hasilatını sutkada 32,5 milyon barelədək azaltmaq barədə qəbul edib. Bununla da 2017-ci ilin I yarısında OPEK ölkələri orta sutkalıq hasilatı təqribən 1,2 milyon barel azaltmalıdırlar.
Son xəbərlər
Mingəçevirdə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri”ndən danışılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində “Dini məzhəbçilik meyillərinin milli birliyə...