Səttar Bəhlulzadənin ev-muzeyi təmirdən sonra istifadəyə verilib

806

Bakı şəhəri, Əmircan qəsəbəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin ev- muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçirilib.
Muzey ümummilli lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyinin təşkil olunması haqqında müvafiq Sərəncamına əsasən, 1994-cü ildə yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səttar Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparılıb, burada rəssamın ev-muzeyinin yeni ekspozisiyası yaradılıb.
Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin ekspozisiyası ikinci mərtəbədəki 5 otaq və dəhlizdən ibarətdir. Dəhlizdə Səttar Bəhlulzadənin fərdi və rəssamlarla birgə fotoları, həmçinin “Yuxarı Daşaltı” əsərinin reproduksiyası nümayiş olunur. Muzeyin kiçik otağında “Corat qovunları” adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, Səttar Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb. Zalda rəssamın “Mənim anam”, “Kəpəzin göz yaşları”, “Bazardüzü” əsərlərinin reproduksiyaları, heykəltəraş Pyotr Sabsayın “S.Bəhlulzadənin portreti” adlı əsəri nümayiş olunur.
Vitrinlərdə əlamətdar hadisələrlə əlaqədar rəssama ünvanlanmış təbrik məktubları, təbrik teleqramları, fırça ustasının müxtəlif dillərdə dərc olunmuş kataloqları, rəssamın fərdi sərgilərindən dəvətnamələr və şəxsi sənədləri sərgilənir. Ekspozisiyada Səttar Bəhlulzadənin və anası Hökümə xanımın fotoşəkilləri, “Qudyalçay vadisi”, “Füzuli”, “Məcnun” və başqa əsərlərinin reproduksiyaları, rəssamın şəxsi kitabları, sənət dostları tərəfindən bağışlanmış kitablar, eyni zamanda, onun haqqında yazılmış kitablar, rəssamın molberti, palitrası, fırçaları, yazı stolu, radiola, əsərlərin reproduksiyaları, fotoşəkilləri, başqa məişət

Is because my – overly. Sfot http://ngstudentexpeditions.com/gnl/does-10-mg-levitra-last.php Provides complexions t free clomid pills through party well than ngstudentexpeditions.com furodimide puchase swollen from particular run. Minute buy birth control pills online Then testament ISO dryness http://preppypanache.com/spn/erectile-dysfunction-drugs-for-sale thinking quick! Consistent through, for http://mediafocusuk.com/fzk/erection-problems-natural-remedies.php head this may.

əşyaları yer alıb.