Səs fərqi 15 304-ə düşüb

410

İstanbulda Böyükşəhər bələdiyyə sədrliyinə keçirilmiş seçkilərin nəticələrinə Ədalət və İnkişaf Partiyası etiraz etdikdən sonra etibarsız bülletenlərin hesablanması davam edir. Seçkidə yarışan Cümhuriyyət Xalq Pariyasının namizədi Əkrəm İmamoğlu və AKP-nin namizədi Binəli Yıldırım arasında səs fərqi 15 304-ə düşüb. Xatırladaq ki, İstanbulda etibarsız səslərin ümumi sayı 318 222 olub. Hazırda İstanbulda etibarsız bülletenlərin 93 faizi sayılıb. Ə. İmamoğlunun hesabında 4.170.916, B. Yıldırımın isə 4.155.162 səs var.