“Sənətin Məcnunu”ndan danışdılar

0
334

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S. Bəhlulzadə adına Mədəniyyət Sarayında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq rəssamı Səttar Bəhlulzadənin “Sənətin Məcnunu” adlı yaradıcılıq gecəsi keçirilib. Bu barədə saytımıza Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib. Tədbirdə Azərbaycanın xalq rəssamı Q. Yunus, əməkdar incəsənət xadimi, sənətşünas Z. Əliyev, Bülbülə Ağsaqqallar Şurasının sədri M. Quliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam, şair Ə. Kazımlının oğlu C.Babayev və onun nəvəsi N. Babayeva iştirak edib.
Sarayın sarayın direktoru L. Ramazanova Xalq rəssamı S.Bəhlulzadənin həyat və yaradıcılığı barədə ətraflı danışıb. Bildirib ki, Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin adı hələ sağlığında əfsanəyə çevrilib. Çıxışlarda vurğulanıb ki, S. Bəhlulzadənin əsərləri doğma torpağa sevgi rəmzi, eləcə də xalq yaşam tərzinin, sadə insanların dünyaya baxışlarının əsl ensiklopediyasıdır.
Gecədə sarayın solisti A. İsmayılova “Bakı”, B. Ağamalıyev “Cavanlığım”, M. Cavadov ” Gəl barışaq”, Ş. İbadov “Məhəbbətim” adlı mahnıları səsləndirib.
Tədbirdə həmçinin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Təranə Cəbiyevanın “Səttar yadigarı” kitabının təqdimatı keçirilib. Sonda sarayda fəaliyyət göstərən rəsm kurslarının şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.