Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb

0
477
2843376 09.05.2016 Семра Рагимли (Азербайджан) во время генеральной репетиции первого полуфинала 61-го международного конкурса песни "Евровидение - 2016" в Стокгольме. Владимир Астапкович/РИА Новости

Azərbaycan təmsilçisi müsabiqənin finalına vəsiqə qazandı
Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb. Çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.

Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin  birinci yarımfinalında iştirak edən 18 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib. Finala vəsiqə qazanmış ifaçılar təəssüratlarını bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların mayın 14-də finalda hansı hissədə çıxış edəcəkləri müəyyənləşdirilib.   Azərbaycan təmsilçisi Səmra Rəhimli “Miracle” mahnısı  ilə  birinci  hissədə çıxış edəcək.