Səmərəli təşəbbüs

0
197

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Mingəçevir şəhərində icma əsaslı sosial resabilitasiya mərkəzinin fəaliyyitənin təşkili” adlı təşəbbüs həyata keçirildi. Fəaliyyət 2 ay müddətində nəzərdə tutulmuşdur. Təşşəbbüsün əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə inteqrasiyasından, icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasından, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarət idi. Fəaliyyət çərçivəsində müxtəlif maarifləndirici və əyləncəli tədbirlər həyata keçirildi.

Fəaliyyətin  14.02.2020 cu il tarixində yekun  tədbiri keçirildi. Tədbir  valideynlerin maarifləndirilməsi mövzusunda  oldu. Tədbirde valideynlər 2 ay cərcivəsində uşaqlarında baş verən dəyişkliklərdən, onların üzə çıxan bacarıqlarından,  bu təşəbbüs haqqında fikir və təkliflərindən danışdılar. Bu təşəbbüsü həyata keçirən və dəstəkləyənlərə öz təşəkkürlərini bildirdilər.

Leyla Amiraslanova