Səlim Müslümov: “Sovet dönəmində əmək stajı olan şəxslərin stajlarına yenidən baxılacaq”

0
323

Azərbaycanda hansı sahələrdə mütəxəssisə ehtiyac olduğunu virtual göstərən yeni sistem yaradılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib

Növbəti 3 il ərzində yaradılacaq bu sistem dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsi əsasında qurulacaq. Bu isə həm iş, həm də işçi axtaranlar üçün ən əlverişli və müasir sistem olacaq. Növbəti 3 ildə qurulması nəzərdə tutulan Milli Observatoriya adlanan sistem ən qabaqcıl ölkələrin təcrübəsi əsasında hazırlanacaq.

Bundan başqa nazir bildirib ki, gələn il sovet dönəmində əmək stajı olanların pensiyalarında artım da gözlənilir.

Səlim Müslümov sovet dönəmində əmək stajı olan şəxslərin stajlarına yenidən baxılması prosesinin yeni ildən başlayacağını qeyd edib. Nazir bildirib ki, əsasən 1992-ci ildən əvvəl əmək stajı olanların sənədlərinə baxılacaq.

Qeyd edək ki, sovet dönəmində əmək stajı olanların stajları yenidən hesablana və onlara verilən pensiyaların miqdarında bu araşdırmalar nəticəsində artım ola bilər. Xəzər TV