Şəhidlərmizin adlarını əbədiləşdirmək bizim borcumuzdur

Mingəçevir şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə orta məktəblərin həyətyani sahələrində şəhidlərin adlarını əbədiləşdirmək üçün keçirilən ağacəkmə aksiyası davam edir. Bu gün ağacəkmə aksiyası Mingəçevir 16 saylı məktəbin həyətyanı sahəsində təşkil olunub. Şəhid ailələrinin üzvlərinin də iştirak etdikləri bu tədbirdə əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanılıb.

Tədbirdə  Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cəbiyev qəhrəman igid oğulların qanı, canı bahasına Zəfər qazanaraq şanlı hərb tariximizə yeni səhifələr yazmasından danışıb. Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, məktəbin direktoru Sevinc Həsənova isə öz çıxışlarında bildiriblər ki, Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adlarını bu və ya digər formada əbədiləşdirmək bizim borcumuzdur.  Elə bizim də məqsədimiz   tarix yazaraq şəhidlik zirvəsinə ucalmış vətən oğullarının igidlik dastanını daha dərindən öyrənmək və gələcək nəsillərə çatdırmaqdır.

Esmira Hidayətova, Mingəçevir