Şəhidlər: Qürur mənbəyimiz

121

Mingəçevir şəhər  İcra hakimiyyəti aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatcılığı ilə   Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi nəzdində fəaliyyət göstərən Mənzil İstismar Sahələri ərazisində yaşayan  uşaqların iştirakı ilə   şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı  tədbir keçirilmişdir. Tədbir çərçivəsində uşaqlar Şəhidlər xiyabanını da ziyarət etmişlər. 14 nömrəli MİS-nin tərbiyəçi müəlliməsi Şəbnəm  Zeynalova  şəhidlərin keçdiyi döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıqlar haqqında uşaqlara  geniş məlumat vermişdir.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva  çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. O,  bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belədə olacaqdır.

Tədbirdə uşaqlar şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən şerlər söyləmişlər

Esmira Hidayətova, Mingəçevir