Şəhidin ordeni ailəsinə təqdim edildi

73

 

30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edildilər.

Mingəçevir Heydər Əliyev Mərkəzində ikinci Qarabağ müharibəsində şəhid olmuş Qurbanov Tərxan Zabil oğlina ölümündən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib. Tədbirdə Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin rəisi, məktəb direktorları, qazilər, şəhid ailələri iştirak ediblər.

İlham İsmayılov ordumuzun döyüş meydanında əldə etdiyi şərəfli qələbədən, igidlərimizin göstərdiyi şücaətlərdən danışıb.

Tədbirdə şəhidin oxuduğu 3 saylı məktəbin müəllimləri də Tərxan haqqında öz xatirələrini danışıblar.

Şəhidin ordeni atasına təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir