Şəhid Niyazi İsgəndərovun doğum günü qeyd olunub

240

Bu gün Vətən müharibəsi şəhidimiz Niyazi İsgəndərovun doğulduğu gündür, eyni zamanda ailə həyatı qurduğu gündür… Bu münasibətlə bu gün şəhidin məzarı ziyarət edilib. Məzarı üzərinə gül dəstələri qoyulub.

 

Azərbaycan Ordusunun çavuşu olan Niyazi İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamın əsasən Niyazi İsgəndərov ölümündən sonra “Vətən uğrunda” və  “Laçının azad olunmasına görə” medallarına layiq görülüb.

…Şəhidin mövlud gününü “Nur dəstək” qrupunun üzvləri məktəblilərin hazırladıqları kompozisiya ilə başlayıblar. Tədbir çərçivəsində Yeni İctimai Nəzarət Təşkilatı tərəfindən Qarabağın və Qələbəmizin simvolu olan “Xarıbülbül” şəhid Niyazi İsgəndərovun adına fəxri diplom ailəsinə təşkilatın üzvü Qarabağ qazısı Sevgili Rısulova tərəfindən təqdim olunub.

Qeyd edək ki, ömrünün 7 ilini hərbidə keçirən Vətən müharibəsi Şəhidi Niyazi İsgəndərov 1982-ci il oktyabrın 13-də Mingəçevir şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb.

Esmira Hidayətova, Mingəçevir