Şəhid atası: “Övladlarımızın qanı yerdə qalmayacaq”

506

Mingəçevirdə Aprel döyüşlərində şəhid olmuş Rüstəm Oruc oğlu Əhmədovun doğum günü yaxınları tərəfindən  qeyd edilib. Onlar şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin övladları – Nurlan və Fərda (2-3-cü sinif şagirdləridir) böyüyəndə atalarının qisasını erməni daşnaklarından alacaqlarını bildiriblər. Şəhidin atası Oruc kişi isə vurğulayıb ki, Rüstəm onun gözünün qarası idi. Göz yaşlarına hakim ola bilməyən Rüstəm kişi həmçinin deyib: “İndi onun övladları ilə nəfəs alıram. Vətən sağ olsun. İnanırıq ki, torpaqlarımız ermənilərdən azad olunacaq və övladlarımızın qanı yerdə qalmayacaq. Biz valideyinlər bu günü gözləyirik”.

Qeyd edək ki, kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu 2016-cı il aprel ayının 14-də şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal” ilə təltif olunub.

Aprel döyüşlərində Mingəçevir 4 şəhid verib. Ruhları şad olsun.

Esmira Hidayətova