Şəhid atası işlə təmin olunub

209

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin hüquq-mqhafizə orqanlarının rəhbərləri  ilə birgə 44 günlük Vətən müharibəsində  Mingəçevirdən olan 52 şəhid ailəsini  ziyarət edib.  Bu gün onlar iki şəhid qardaşların Həsənov Tural və Musanın, şəhid Osmanov Ərzumanın valideyinlərinə də baş çəkiblər.

Ziyarət öncəsi, şəhər rəhbəri şəhidlərimizin xatirə lövhələrinə baxış keçirib, onların qarşısında ehtiramla baş əyib. İcra hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri ilə görüş zamanı qeyd edib ki, Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq: ”Ənənəmizə sadiq olaraq şəhərimizdə 52 şəhidin valideyinləri ilə onların öz mənzillərində  ziyarət etdik. Çalışdıq ki, az da olsa sizlərin dərdinizə şərik olaq. Sizləri narahat edən problemlərlə bağlı həlli mümkün olan məsələlərə birlikdə nail olmağa çalışdıq. Bundan sonra da sizlərin yanında olacağıq”.

Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan İlham İsmayılov əlavə olaraq bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.

Bu dəfəki görüşdə şəhid atası Kamran kişi işsiz olduğunu bildirib. Dərhal aidiyyəti qurmalrdan bir neçəsi ilə əlaqə saxlayan icra başçısı şəhid atasını işlə təmin edib. Şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə dövlət başçısı prezident İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, bu gün şəhid ailələrinin ziyarəti başa çatıb. Həmin ziyarət zamanı hər bir şəhid ailəsinə ərzaq sovqatı da təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir.