Şəhid atası: ”Hər gəlişiniz bir təsəllidir”

202

 

Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikasının siyasət kursunun mühüm prioritetlərindən biri də dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən böyük diqqət və qayğıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.  Bütün bunlarla yanaşı, onların ailələrinə də baş çəkilir. Bu missiya Mingəçevirdə daha yaxşı təşkil olunub.

Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanları, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları  və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları bu dəfə şəhid Hüseyn Adil oğlu Abbasəliyevin ailəsini evində ziyarət ediblər.  Şəhidin atası onu ziyarətə gələn qonaqları xoş təəssüratlarla qarşılayıb. “Bu gəlişiniz bizim üçün böyük bir təsəlli və sevincdir”, – deyən şəhid atası Adil Abbasəliyev övladının ali bir amal – Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucaldığını qürurla dilə gətirib.

Bildirib ki, şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. O,  şəhər rəhbərinin və hüquq-müqhafizə orqanlarının onlarla görüşməsini, evlərində ziyarət etmələrini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib. Şəhidin babası da şəhid ailələlərinin ziyarət olunmasını onlara bir təsəlli olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki,  ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.

İcra başçısı və hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycanın suverenliyi uğrunda şəhid olan Hüseyn  Abbasova Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyiblər. İlham İsmayılov  bildirib ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvələrinin müddətli həqiqi hərbi xidmətdə olan üseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibisi  zamanı Suqovuşanın azadlığı uğrunda  gedən döyüşlərdə  iştirak edib və  2020-ci il sentyabrın 29-da qəhrəmancasına 20 yaşında  şəhid  olub.

Esmira Hidayətova, Mingəçevir