Şəhid ailələri  təşəkkürlərini bildiriblər

55

 

Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur. Şəhid ailələri daim dövlətin diqqət və qayğısındadır. Ona görə də  Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Bizlərə əmanət olan  şəhid ailələri hər zaman  dövlətin diqqət və qayğısında  olduğu kimi əziz bayram günlərində də yaddan çıxmırlar. Azərbaycan xalqının ən əziz bayramlardan biri sayılan müqəddəs Qurban bayramı münasibəti ilə,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə  Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb. Bu diqqət və qayğıya görə də şəhid ailələri təşəkkürlərini bildiriblər. Mingəçevirdən olan şəhid Təbriz İldırım oğlu Cüməzadənin atası İldırım kişi bu diqqət və qayğıya görə Prezident ilham Əliyevə, Mehriban Əliyevaya, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova  Qurban bayramı münasibəti ilə öz təbriklərini çatdırıb, bildiririblər ki, dövlətimiz hər zaman biz şəhid ailələrinin yanında oldu, bizi unutmadılar.

Mingəçevirdən olan iki şəhid İslam və Əlinin anası Sevinc  ana deyib ki, hər iki oğlum vətənin dar günündə canlarını sipər edib vətəni qorudular: ”Oğullarmla fəxr edirəm bir ana kimi, indi biz sizlərdən güc alırıq, bizi yaşadan sizsiniz  mənim əziz xalqım, ölkəmizin rəhbərləri hər zaman yanımızda oldunuz. Bu Müqəddəs bayram günlərində də bizi unutmadınız. Bizə nə lazımdır? Ancaq diqqət. Bu diqqəti də həm şəhər rəhbərliyindən, həm də ölkə rəhbərliyindən görürük.Təki vətənimiz sağ olsun, hər birinizə təşəkkürlərimizi çatdırırıq”.

 

İki körpə uşaq anası şəhid gizir Aliyev Vahid Abbas oğlunun həyat yoldaşı Aliyeva Sona Səməndin qızı  dövlət tərəfindən onlara yaradılan şəraitə görə və bu əziz gündə unudulmadıqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Sona xanım deyib ki, yoldaşı baş gizir Vahid tank komandiri  olub. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Biri 6, digəri 7 yaşında olan iki  şəhid oğlulları Abbas və Rahid böyüyəndə ataları kimi qəhrəman olacaqlarını deyirlər. Sona xanım Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılova və  İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşlarına da öz təşəkkürlərini bildirib.

Esmira Hidayətova, Mingəçevir