“Ruslar 1828-ci ildə, türkləri İrəvandan çıxarıb, həmin torpaqları ermənilərə veriblər”

510

İngiltərənin paytaxtı Londonda, “Birinci dünya müharibəsində nə baş verib? Osmanlı İmperiyasının süqutu” adlı toplantı keçirilib. Toplantıda danışan prof.dr.Castin Mak Karti, birinci dünya müharibəsində ermənilərin Vanı tutaraq, orada olan bütün müsəlmanları öldürdüyünü bildirib.
Mərkəzi Londonda olan Britaniya Türk Münasibətləri İnstitutunun (BİTAF) təşkil etdiyi toplantıda danışan Osmanlı və Orta Şərq üzrə mütəxəssis, amerikalı tarixçi Mak Karti, birinci dünya müharibəsi təhlükəsi qarşısında qalan Osmanlı ordusunun səfərbərlik elan etdiyini, ancaq həmin vaxt Osmanlı torpaqlarında yaşayan ermənilərin bu ölkəyə yardım etmək əvəzinə, rusların tərəfinə keçdiklərini bildirib.
Ermənilərin rusların lehinə siyasət apardığını deyən professor bunları deyib: “Ruslar 1828-ci ildə, hal-hazırda Ermənistanın paytaxtı olan Yerəvanı (İrəvan) alıblar. Türkləri həmin torpaqlardan çıxarıb, türk torpaqlarını vergi almadan ermənilərə veriblər. Ruslar bilirdilər ki, türklər orada qalsaydılar torpaqlarını işğal edənlərə qarşı həmişə düşmən olacaqdılar. Ona görə də ruslar türkləri oradan çıxarıb, dost xalq olan erməniləri oraya yerləşdirdilər. Ruslar 1877-78-ci illərdə baş verən müharibədə Anadoluya gəliblər və ermənilər rusların tərəfini tutaraq onlar üçün casusluq ediblər. Ermənilər işğal edilmiş torpaqlarda həmişə ictimai əsayişə nəzarət vəzifələrində çalışıblar və həmişə türklərə əziyyət veriblər. 1878-ci ildəki sülh razılaşmasından sonra Anadolunun şimal-şərqinin böyük hissəsi Osmanlılara geri verilib. Bundan sonra ermənilər ruslara yardım etdiklərinə görə, Osmanlının onlardan intiqam alacağını düşünərək, qorxularından qaçıblar. Halbuki, türklər intiqam almaq fkrində olmayıblar”.
Professor Mak Kartinin sözlərinə görə, Rusiyanın onlara dəstək olduqlarına görə ermənilər həvəslənərək özlərini güclü hiss ediblər: “Ermənilər Osmanlı İmperiyasına gizli insan və silah daxil edirdilər. Ermənilər ölkəyə silahları ona görə gətirirdilər ki, ruslar bir daha gələrlərsə onlara yardım etsinlər. Beləliklə 800 illik birlikdə yaşamağın sona çatıb”.
Vanı işğal edən ermənilərin bölgədəki bütün müsəlmanları öldürdüyünü bildirən alim bildirib ki, ermənilərin iddia etdiyi 6 vilayətdə (Sivas, Mamuretülaziz, Diyarbakır, Bitlis, Van və Ərzurum) əhalinin 78%-i türklər olub. Ermənilər əhalinin çox az hissəsini təşkil ediblər. İşğalçıların istəyi o idi ki, bölgədə olan müsəlmanlar yaşadıqları yeri tərk etsin və istədikləri kimi Ermənistan dövləti yarada bilsinlər”.
Professor, rusların təşviqi ilə dövlət yaratmaq xəyalında olan ermənilərin ingilislərə də bir çox təklif etdiyini deyib. Yaxın Şərq üzrə mütəxəssis Mak Karti, birinci və ikinci dünya müharibələrində baş verənlərin İngiltərə arxivlərində olduğunu bildirib.
Həmçinin Professor Mak Karti, Balkan yarımadasında olan türk və müsəlmanların etnik təmizlənmə siyasəti nəticəsində əhalisinin 2/3-ni itirdiyini, ancaq bu hadisələrin dünya gündəmində qabardılmadığını bildirib: “Osmanlı əsgərləri tərəfindən erməni kilsələrində, monastır və sığınacaqlarında ələ keçirilən silahlar terror məqsədilə toplanmışdı. Amma ermənilər özünü müdafiə üçün olduğunu iddia edirlər. Bu silahlar və bombalar xüsusi hədəfləri vurmaq üçün və yerli xalqı qorxutmaq məqsədilə istifadə olunurdu. İki həftə əvvəl Belçikada idim və bunun işə yaradığını gördüm”.
Rasim Məmmədli