“Rusiyanın təsir etmək imkanı yoxdur”

507

ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq. apa-nın məlumatına görə, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.

“Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, – deyə C.Bayden bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.