“Rusiyanın hədəfi Ukraynanı zəbt etməkdir”

691
“Rusiya Ukraynanı tutmağa çalışır. Rusiyanın hədəfi Ukraynanı zəbt etmək və onu döyüş meydanına çevirməkdir”. Belə bəyanatla Ukraynanın Baş naziri Arseniy Yatsenyuk çıxış edib. Baş nazir bildirib ki, buna baxmayaraq, Kiyev hakimiyyəti Ukraynanı Avropa Birliyinə üzv etmək üçün əlindən gələni edəcək. Arseniy Yatsenyukun sözlərinə görə hazırd Ukraynay Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu, ABŞ maliyyə yardımı göstərməlidir.
“Ölkənin bərpası üçün bizə pul lazımdır. Ukrayna iqtisadiyatı müharibədən 10% itirdi. Bizə uzunmüddətli dəstək lazımdır”,-deyə Baş nazir söyləyib.

Bu arada isə məlum olub ki, ötən həftə Ukraynada bağlanan üç hava limanından ikisinin  fəaliyyəti bərpa olunur.

Bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin rəisi Denis Antonyuk bildirib.

Onun sözlərinə görə, Dnepropetrovsk və Xarkov aeroportlarının açılması barədə sərəncam artıq qüvvəyə minir. Zaporojyedə isə hava limanı  dekabrın 20-dək bağlı qalacaq.

 

Aleksandr Turçinova vəzifə verilib

Ali Radanın keçmiş sədri, Xalq Cəbhəsi Partiyasının parlament fraksiyasının lideri Aleksandr Turçinov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.

Prezident Petro Poroşenko bu barədə fərman imzalayıb.

Xatırladaq ki, Andrey Parubiyin istefasından sonra Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi vakant idi. Ali Radada Şuranın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan yeni qanun qəbul olunması gözlənilir.

 

“Ukraynada ruslar ruslara qarşı

vuruşurlar”

Təxminən 20 rus millətçisi Ukraynanın “Azov” könüllü batalyonunda vuruşur.

Bu barədə millətçi Roman Jeleznov videomüraciətində deyib.

Onun sözlərinə görə, insanlar Donbasda separatçılara qarşı vuruşmaq üçün öz istəyi ilə gəlirlər. Jeleznov burada təsadüfi insanların olmadığını bildirib. O, Donbasda ümumilikdə iki yüz rus millətçisinin vuruşduğunu deyib.

Ukraynadan vətəndaşlıq almağa ümid edən Jeleznov barəsində Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb. Komitənin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, Jeleznov silahlı konflikt və hərbi əməliyyatlarda muzdlu kimi iştirak etdiyi üçün barəsində cinayət işi qaldırılıb. Onun daha əvvəllər dələduzluq maddəsi ilə mühakimə olunduğu deyilir.

İstintaqın versiyasına görə, Jeleznov 9 iyul 2014-cü ildə Ukrayna ərazisinə gələrək “Azov” batalyonunun komandirləri ilə görüşüb. Onun könüllü olaraq batalyonun sıralarına daxil olduğu və maddi mükafat qarşılığında silahlı konfliktdə iştiraka razılığı verdiyi deyilir. Rus millətçisinin daha sonra “Azov” batalyonunun digər döyüşçüləri ilə birgə muzdlu kimi döyüş əməliyyatlarında aktiv iştirak etdiyi bildirilir.

Deyilənə görə, Jeleznov hər ay ən azı 4000 Ukrayna qrivnası (təxminən 320 dollar) maddi mükafat alır.