Rusiyada orta məktəb məzunlarına attestatlar imtahansız veriləcək

0
180

Rusiyada orta məktəb məzunlarına attestatlar imtahansız veriləcək.Rusiyanın Baş Naziri Mixail Mişustinin imzaladığı Qərara əsasən, bu il orta məktəbin 9-cu və 11-ci siniflərini bitirən şagirdlər vahid dövlət imtahanı vermədən attestat alacaqlar. Orta ixtisas təhsili almaq istəyən məzunlar müvafiq təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər. Təhsilini ali məktəblərdə davam etdirmək arzusunda olanlar isə vahid dövlət imtahanı verəcəklər.

Bu il Rusiyada 736 min orta məktəb məzunu ali təhsil müəssisəsinə qəbul olmağı planlaşdırır. Ali məktəblərə qəbul iyulun 3-dən 23-dək keçiriləcək. azərtac