Rusiyada metronu partladan intiharçının adı rəsmi olaraq açıqlandı

453

Rusiya İstintaq Komitəsi operativ məlumatlar əsasında ötən gün Sankt-Peterburq metrosunda partlayış törədən kişinin şəxsiyyətini açıqlayıb. RİA Novosti-nin məlumatına görə, bu, 1995-ci il təvəllüdlü Əkbərjon Cəlilovdur. İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, ekspertlər “Ploşad Vasstaniya” metro stansiyasında tapılmış partlayıcı qurğunun olduğu çantada Ə. Cəlilovun genetik izlərini aşkar ediblər. İstintaq Komitəsi terror aktı barədə cinayət işi açıb. Son məlumata görə, “Sennaya ploşad” və “Texnologiçeksiy institut -2” stansiyaları arasında baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub, hazırda 49 nəfər xəstəxanadadır. Qığızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi daha əvvəl terrorçunun Qırğızıstan əsilli olduğunu təsdiq edib, bununla belə, o, Rusiya vətəndaşlığını qəbul edib.