Rusiya yeni müharibəyə hazırlaşır?

412
Rusiya Prezidenti Vladimir Putin ölkənin şərq vilayətlərindəki hərbi hissələrdə döyüş hazırlıqlarını qəfil yoxlamağa qərar verib.
Bu xəbər bir çox qərb siyasi şərhçiləri üçün gözlənilməz olmayıb. Görünür Rusiyanın növbəti hücuma hazırlaşdığı ilə bağlı xəbərlər əsassız deyil.

Qeyd edək ki, ötən gün “The New York Tımes” qəzetində Putinin Cənubi Qafqaz istiqamətində üstünlüyünü bərpa edəcəyi ilə bağlı məqalə getmişdi. Məqalədə Barak Obama regionu əldə saxlamaq üçün Qarabağ münaqişəsini həll etmək yönündə konkret addımlar atmağa çağırılırdı.

Ekspertlər Rusiyanın Şərqi Ukraynanın çöküşünün sona çatdırıldığını hesab edərək Rusiyanın növbəti hücuma hazırlaşdığını deyirlər.

Rusiya Prezidenti Vladimir Putin həmçinin Rusiya təhlükəsizliyinə qarşı çıxan istənilən gücə cavab verəcəklərini bildirib. Hərbi sənaye komissiyasının rəhbəri seçilən Putin Avropada NATO-nun genişlənməsi məsələsinə də toxunub. Vladimir Putin buna cavab veriləcəyini bildirib. “Biz Rusiya üçün potensial təhlükəni dəqiq müəyyənləşdirərək adekvat addımlar atmalıyıq”, – deyə Vladimir Putin 2016-25-ci illərdə silahlanmaya aid dövlət proqramının müzakirəsi zamanı bildirib. Bununla yanaşı Rusiya Prezidenti Rusiyanın “silahlanma yarışı”nda iştirak etməyəcəyini də diqqətə çatdırıb.