Rusiya yaxşıdır, yoxsa Avropa?

459

Riqada Avropa Birliyinin (AB) liderləri Rusiyanın ətrafında yumurta üstündə gəzən kimi ehtiyatla dolaşırdılar. Bu barədə “The Washington Post” məlumat verib.

Sammitdə qəbul edilmiş yekun bəyannaməsində AB rəhbərləri öz şərq tərəfdaşlarının Avropaya olan niyyətlərini qəbul ediblər, amma əvəzində heçnə təklif etməyiblər.

“Biz sammitdə gördüklərimizdən çox məyus olduq”, – deyə adının açıqlanmasını istəməyən avropalı diplomat Amerika qəzetinə bildirib. “Burada Rusiya Avropa Birliyindən daha geniş və parlaq təmsil olunurdu”, – deyə o vurğulayıb.

Gürcüstanı misal çəkən nəşr yazır: “Bu ölkədə vətəndaşların böyük hissəsi ölkənin Avropa Birliyinə daxil olmasını dəstəkləyir, amma son ictimai rəy sorğuları göstərir ki, Rusiya ilə daha sıx əlaqələri dəstəkləyən azlıq yetərincə böyüyüb”. Amerika qəzetinin yazdığına görə, analitiklər hesab edir ki, bu dəyişiklik məyusluğun nəticəsidir. Bu məyusluq onunla bağlıdır ki, heç kim Avropa Birliyi ilə əlaqələrin heç bir üstünlüyünü görmür.

Eyni halı “Şərq tərəfdaşlığının” digər iştrakçı ölkələrində də müşahidə etmək olar. Burda da artıq hesab edirlər ki, əldəki sərçə göydəki durnadan daha yaxşıdır. ANS