Rusiya Ukraynada həlak olan hərbçilərin sayını açıqlayıb

49

Rusiya Ukraynada apardığı döyüş əməliyyatları zamanı həlak olan hərbçilərin sayı ilə bağlı açıqlama yayıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko Ukraynada hərbi əməliyyatlar nəticəsində həlak olan hərbçilərin sayını açıqlayıb.

Onun sözlərinə görə, bu əməliyyatlar zamanı indiyədək 498 nəfər hərbçi həlak olub, 1597-si isə yaralanıb.