Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı bəzi iqtisadi tədbirlərin ləğv edilməsi haqqında fərman imzalayıb. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuta xidməti məlumat verib. V. Putin Rusiyada türk işçilərinin muzdla çalışmasına və türk şirkətlərinin müəyyən sahələrdə işləməsinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. Rusiya Prezidenti Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, Ankaraya 2010-cu ildə imzalanmış vətəndaşların qarşılıqlı səfər şərtləri haqqında sazişin qismən bərpası haqqında məlumat versin. Bundan başqa, V. Putin Rusiyaya vizasız gedə biləcək Türkiyə vətəndaşlarının siyahısını genişləndirib.
Son xəbərlər
Qıdı kirvə demiş, ara, bu gada dalidi, nadi?
Tarixdə bir çox ağıldankəm hökmdarlar olub. Əslində, dövləti onlar deyil, ən yaxın adamlarından biri idarə edib. Ermənistanın baş naziri Nikol Vovayeviç isə daha orijinal...