Rusiya Türkiyədən məhsul idxalına qoyulan qadağanı qüvvədə saxlayır

448

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır. “Report” xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Yuliya Melano məlumat verib. “Rosselxoznadzor” Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir”, — deyə mətbuat katibi “İzvestiya” qəzetinə bildirib.
Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd ediblər ki, “Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır.