Rusiya Suriyada vahid hava hücumundan müdafiə sistemi qurub

480

Suriyada quruda və dənizdəki obyektlərin etibarlı qorunmasını təmin edən vahid hava hücumundan müdafiə sistemi yaradılıb. Bunu Rusiyanın Suriydakı qoşun qruplarının komandanı general-polkovnik Andrey Kartapolov deyib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi müasir S-300 və S-400 kompekslərinin əsasında yaradılıb. A. Kartapolov qeyd edib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin aviasiya qrupu və “Bastion” sahil raket kompeksləri arasında sıx qarşılıqlı əlaqə qurulub.