Rusiya qələbə qazana bilmədi

0
456

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarında A qrupunun ilk oyunlarında qələbə qazanmış 2 komanda üz-üzə gəlib. Latın Amerikası derbisində beşqat dünya çempionu olan Braziliya Meksika ilə turnir cədvəlinin lideri olmaq üçün mübarizə aparıb. Qalib gələn komanda 1/8 finala erkən vəsiqə qazana bilərdi. Amma tərəflərin səyinə baxmayaraq, oyunda hesab açılmayıb.

H qrupunda isə hələ I turun ikinci görüşü keçirilib. Ötən seçmə mərhələdə rəqibimiz olmuş şimal qonşularımız Cənubi Koreya ilə görüşüb. Favorit Fabio Kapellonun yetirmələri göstərilsə də, oyunda hesabı koreyalılar açıb. Amma ruslar tez bir zamanda özlərinə gələrək cavab topunu vurublar. Matç 1:1 hesabı ilə başa çatıb.

B qrupunda da II turun oyunlarına start verilir. İlk oyununda dünya və Avropa çempionları İspaniyanı 5:1 hesabı ilə darmadağın etməklə çoxlarını təəccübləndirən Hollandiya bu dəfə Avstraliya ilə qarşılaşacaq. “Narıncılar”ın bu matçda qalib gələcəyi şübhə doğurmur. Bununla birinci oyunda Çiliyə uduzmuş yaşıl materikin sakinləri ən azı 1 xal qazanmağa çalışacaq ki, 1/8 finala çıxmaq şanslarını saxlasın. Əslində statistika Avstraliyanın məğlub olmayacağını deməyə əsas verir. Çünki Hollandiya indiyədək keçirdiyi 3 görüşdə bu komandanı yenə bilməyib. Onlar 1 dəfə məğlub olub, 2 dəfə isə görüş sülhlə başa çatıb. Top fərqində də Avstraliya üstündür – 3:2.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here