Rusiya Prezidenti: Rəcəb Tayyib Ərdoğan – sözünün üstündə duran insandır

0
25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – sözünün üstündə duran insandır. Əgər o fikirləşirsə ki, bu, onun ölkəsi üçün sərfəlidir, o halda işin sonunadək gedəcək. Rusiya Prezidenti Vladimir Putin bunu Moskvada bu gün təşkil olunan mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, bəzi hallarda Türkiyə Prezidenti ilə ayrı-ayrı məsələlərdə baxışları ziddiyyət təşkil edir. Rusiya Prezidenti deyib: “Bizim baxışlarımız bəzi hallarda ziddiyyət təşkil edə bilər. O, sözünün üstündə duran insandır. Əgər o fikirləşirsə ki, bu, onun ölkəsi üçün sərfəlidir, o halda işin sonunadək gedə bilər. Bu, qarşındakı insanın kim olmasını başa düşmək üçün çox mühümdür”.

V.Putin qeyd edib ki, siyasətdə rahat, xoş tərəfdaşlar anlayışı yoxdur. Rusiya dövlətinin başçısı vurğulayıb: “Onların hamısı ölkələrinin qarşısında duran məsələlərin həllinə tuşlanıblar. Milli maraqlar mövcuddur. Haradasa kompromisə getmək, haradasa təkidlə öz mövqeyimiz üzərində dayanmaq lazım gəlir”.azərtac