Rusiya ona dost olmayan ölkələrin siyahısını təsdiqlədi

59

Rusiya hökuməti Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, o cümlədən Cersi, Angilya, Britaniya Virciniyası adaları, Cəbəllütariq, Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxildir. “Qafqazinfo”