Rusiya Mosula kosmik kəşfiyyat aparatları göndərib 19.10.2016 18:42

426

Rusiya İraqın Mosul şəhəri ərazisindəki vəziyyəti və orada İŞİD terror təşkilatının silahlılarının mühasirəyə alınması üzrə əməliyyatın gedişatını 24 saat izləyir. Bunu Rusiyanın Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov deyib. Onun sözlərinə görə, həmin əraziyə kosmik kəşfiyyat aparatları göndərilib: “Bundan başqa yaxınlıqda 10-dan artıq hava kəşfiyyat vasitələrimiz, o cümlədən pilotsuz aparatlarımız işləyir. Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı oktyabrın 17-də başlayıb