“Rusiya digər vasitəçiləri kənarlaşdırmağa çalışmır”

0
360

“Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür”.

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin “Azərtac”a müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya prezidentinin iştirakı Qarabağ mövzusuna dair keçirilən üçtərəfli sammitlər münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır: “Qeyd edim ki, Sankt-Peterburqda yuxarıda adıçəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində ABŞ və Fransa nümayəndələri də iştirak ediblər. Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serj Azatoviç Sarkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Arlem Dezir dəvət ediliblər. Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik”.