“Rusiya Başikanı bəhanə edərək Türkiyədən qisas almaq istəyir”

643

Türk hərbçilər İraqın Başika düşərgəsində qalmaqda davam edəcək”.

Bunu Türkiyə Müdafiə naziri İsmət Yılmaz bildirib. O, təlim personalının həmin düşərgədə qalacağını vurğulayıb. Türk hərbçilərin Mosulun yaxınlığında yerləşən Başika düşərgəsində qalmaqda davam etməsi İraq və Türiyə arasında gərginliyə səbəb olub. Bir qrup türk hərbçi 10-12 maşın ilə Şimali İraqdakı başqa bölgəyə gedib.

İraqın Mosul şəhərinin sabiq valisi Əsil Nuceyfi Türkiyənin Cihan xəbər agentliyinə müsahibə verib. Nuceyfinin sözlərinə görə, 21 dekabr tarixində Ankara, Ərbil və Vaşinqton arasında görüş olmalı idi: “İclasda Mosul əməliyyatı ilə bağlı son məsələlər müzakirə olunacaqdı. Ancaq Bağdad və Ankara arasında baş verən Başika problemi səbəbindən zirvə toplantısı təxirə salındı”.

Türk əsgərinin Başikadan çıxmasının IŞİD-in işinə yaradığını deyən sabiq vali bildirdi ki, hər hansı bir əməliyyat olacağı təqdirdə Türkiyənin Mosula müdaxiləsi Mosul xalqını sevindirəcək. Həmçinin, Nuceyfi Türkiyənin niyə Başikaya əlavə əsgər göndərmə ehtiyacı duyması sualına da aydınlıq gətirib. Onun sözlərinə görə, IŞİD Başikada böyük əməliyyat planlayır: “Bununla bağlı xəbərlər almışıq. Amma biz daha da böyük əməliyyat gözlədiyimizi də deyə bilərəm. Türk əsgərinin bölgəyə gəlməsi Başikanı və hərbi düşərgəni qoruması ilə bağlı idi. Lakin, hadisə başqa yönə çevrildi və nəticədə problem oldu”.

Sabiq vali, Türkiyənin İraqdan icazə almadan Başikaya əsgər göndərməsinə görə günahlandırılmasına da münasibət bildirdi. Qeyd edib ki, Türkiyənin Başikaya əsgər göndərməsindən Bağdad və koalisiya güclərinin xəbəri var idi: “Ancaq, İrana tabe olan şiələrin və Rusiyanın təsiri ilə İraqın Baş Naziri Heydər Abadiyə təzyiqlər oldu. İran, Türkiyənin İraqa daxil olmasından narahatdır. Rusiya isə Başikanı bəhanə edərək Türkiyənin vurduğu təyyarənin qisasını almaq istəyir. Amma, Ankara ağıllı siyasətlə gərginliyi aradan qaldıraraq planların təsirini azaltdı”.

Əsil Nuceyfi, Mosulu 3 gün ərzində IŞİD-dən təmizləməyin mümkün olmasını bildirib. Onun sözlərinə görə, bu vaxta qədər planlanan bütün Mosul əməliyyatları, İraqda olan siyasi tərəflər arasındakı problemlər səbəbilə təxirə salınıb. Əməliyyatın 3 gündə bitəcəyini düşünürəm. Amma ən böyük narahatlıq, kimin əməliyyata qoşulub-qoşulmayacağından əlavə kimin Mosula yerləşəcəyi problemidir. Şiə silahlı birləşmələri təkcə əməliyyata qatılıb daha sonra Mosula yerləşmək istəyirlər. Mosul xalqı isə şiə silahlı birləşmələrinin əməliyyata qoşulamasını istəmir. Koalisiya gücləri isə iki tərəfin arasında tərəfsizdir, ona görə də problem həll olunmur”.

ABŞ-ın bu mövzuda radikal qərar qəbul etməsini şərh edən Nuceyfi bildirdi ki, ABŞ şiə silahlı qruplaşması ilə qarşı-qarşıya gəlmək istəmir: “Bu qruplaşma ilə qarşı-qarşıya gələrsə, Bağdadın siyasətində qeyri-sabitliyin olacağını düşünür. Ancaq, vəziyyətin belə davam etməsi, problemləri daha da dərinləşdirir. ABŞ tezliklə bu narahatçılığa son qoymalıdır”.