Ruhi xəstə evi yandırıb

0
94

 

Mingəçevirdə axşam saatlarında N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib. Hadisənin şahidləri olan qonşular bildirirlər ki, mənzildə olan ruhi xəstə evdə ocaq qalayaraq evi yandırıb. Vəziyyətlə bağlı bina sakinləri narahatlıqlarını bildiriblər.  Qonşulardan Elxan, Rəsul adlı şəxslərin sözlərinə görə,  axşam saat 7-8 radələrində tüstülənmə görüblər: ”Evi yanan qonşu xanım Sürayə Hüseynovanın qapısını döydük. Qapı açılanda gördük ki, ruhi xəstə olan oğlu evdə ocaq qalayıb. Yanğını söndürdük. Amma biz çıxandan sonra yenidən ocaq qalayıb. Dərhal yanğınsöndürmə briqadasına xəbər verdik. Birotaqlı mənzil tamamilə yandı. Biz aidiyyatı qurumlardan xahiş edirik ki, buna əncam çəksinlər. Evdə iki ruhi xəstə var. Biz qonşular təhlükədəyik.”

Qeyd edək ki, hadisə yerinə  cəlb olunan  Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası yanğını söndürüb.

Yanğın zamanı mənzildə olan 1952-ci il təvəllüdlü Hüseynova Sürayə Duman qızı və 1973-cü il təvəllüdlü Hüseynov Xudaverdi və Əli  Tofiq oğlu   tüstüdən zəhərləniblər. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir