“Roma” qalibi olub

33

İtaliyanın “Roma” klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub.

İlk dəfə təşkil olunan turnirin final oyununda “Roma” klubu Niderlandın “Feyenoord” komandasına minimal hesabla qalib gəlib – 1:0.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən oyunda yeganə qolun müəllifi Nikolo Zaniolo olub.

“Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazanıb. “Roma” buna qədər avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.