Rektor döyüşlərdə iştirak etmiş müəllimlə görüşüb

120

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş MDU-nun “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov ilə görüşüb.

Görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə M.İsmayılovu təbrik edib, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı qalibiliyyətin qazanılmasında canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Tarixi Zəfərin əldə edilməsində pay sahibi olduğu üçün fəxr etdiyini bildirən M.İsmayılov ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsindən məmnunluğunu ifadə edib.

Esmira Hidayətova, Mingəçevir