Regionun ən bahalı taksisinə kim minir?

477

Dünyada ən bahalı taksi xidməti İsveçrdədir. Bu ölkədə 1 km. məsafəyə görə taksi xidmətlərinin tarifi orta hesabla 3,9 dollara bərabərdir. “Zaman.az”ın ayrı-ayrı ölkələrdə tətbiq edilən taksi xidməti tariflərinə istinadən apardığı araşdırmaya görə, İsveçrədən sonra ən bahalı taksi xidməti göstərən ölkələrin ilk beşliyinə Baham adaları (3,4 dollar), Küveyt (3,3 dollar), Dominik (3,27 dollar) və Lüksemburq (3,15 dollar) daxildir. Ümumiyyətlə taksi xidmətinin baha olduğu ölkələr arasında Avropa ölkələri üstünlük təşkil edir. Məsələn, Almaniyada 1 km. məsafəyə görə tətbiq edilən taksi xidmətinin tarifi orta hesabla 2,13 dollar təşkil edir. Fransada bu rəqəm 1,8 dollara, İngiltərədə 2,2 dollara, Norveçdə 1,7 dollara bərabərdir. Dünyada 1 km. məsafəyə görə tətbiq edilən taksi xidmətinin ən ucuz tarifi isə Moldova, Misir, Ermənistan, Gürcüstan və Ukraynada tətbiq edilir. Moldovada 1 km. məsafəyə görə taksi xidmətlərinin tarifi orta hesabla 15 sentə, Misirdə 17 sentə, Ermənistan və Ukraynada 21 sentə, Gürcüstanda isə 22 sentə bərabərdir.
Region ölkələrinə gəldikdə isə qeyd edək ki, Azərbaycan 1 km. məsafəyə görə tətbiq edilən taksi xidmətlərinin tarifinə görə qonşu ölkələr arasında yalnız Türkiyədən öndədir. Azərbaycanda taksi xidmətləri İranın paytaxtı Tehranla müqayisədə daha ucuz olsa da bu ölkənin əyalətlərdəki tariflərə nisbətən bahadır. İranda paytaxt Tehranla digər şəhərlər arasında kəskin tarif fərqi var. Məsələn, Şiraz şəhərində 1 km. məsafəyə görə taksi xidmətlərinin tarifi orta hesabla 20 sentə (6060 rial) bərabərdir. Halbuki Tehranda bu göstərici 50 sent (115150 rial) təşkil edir. Digər qonşularımız Gürcüstan və Ermənistanda taksi tarifləri bizdəkindən təxminə 2 dəfə aşağıdır. Gürcüstanda 1 km. məsafəyə görə taksi xidmətlərinin tarifi orta hesabla 22 sentə (0,50 lari), Ermənistanda isə 21 sentə (100 dram) bərabərdir. Ancaq onu da qeyd edək ki, bu ölkələrdə müştəri taksiyə oturarkən hesablanan tarif Azərbaycanla müqayisədə daha yüksəkdir. Əgər Azərbaycanda taksiyə mindiyimz zaman sayğacda 1 manat (67 sent) görürüksə, Ermənistan və Gürcüstanda da bu rəqəm təxminən iki dəfə yüksəkdir. Müvafiq olaraq 1,15 dollar (600 dram) və 1,34 dollar (3 lari) təşkil edir. Şimal qonşumuz Rusiyada 1 km. məsafəyə görə taksi xidmətlərinin tarifi orta hesabla 30 sentə (20 rubl) bərabərdir. Türkmənistanda bu göstərici 46 sent (1,60 manat), Qazaxıstanda 52 sent (175 tengə), Türkiyədə isə 70 sent (2 lirə) təşkil edir.
Məlumat üçün onu da qeyd edək ki, bu tariflər sayğacla işləyən taksilərdə tətbiq olunur. Adlarını qeyd etdiyimiz ölkələrin əksəriyyətində, o cümlədən də Azərbaycanda taksilərin əksəriyyətində sayğac quraşdırılmayıb. Ona görə də təqdim etdiyimiz tariflər həmin ölkələrdəki taksi xidmətləri tariflərini tam əks etdirmir. Bu ölkələrdə taksi xidmətləri üçün ödənilən gediş haqqı müştəri və sürücü arasındakı razılaşma əsasında müəyyən edilir.

 

 

Öl­kə­lər                 1 km. mə­sa­fə

üçün ta­rif            Tak­si­yə otu­rar­kən he­sab­la­nan ta­rif                        Müş­tə­ri­ni 1 sa­at göz­lə­mə­yin ta­ri­fi

İran (Şi­raz)                         0,20 $ (6060 ri­al)                              0,15 $ (4620 ri­al)                              2,35 $ (71195 ri­al)

Er­mə­nis­tan (İrə­van)       0,21 $ (100 dram)                            1,25 $ (600 dram)                            2,40 $ (1150 dram)

Gür­cüs­tan (Tbi­li­si)                          0,22 $ (0,50 la­ri)                               1,34 $ (3 la­ri)                      4,46 $ (10 la­ri)

Ru­si­ya (Mosk­va)                             0,30 $ (20 rubl)                 3,05 $ (203 rubl)                               10,5 $ (700 rubl)

Türk­mə­nis­tan (Aş­qa­bad)             0,46 $ (1,60 ma­nat)         0,00 $ (0,0 ma­nat)           7,00 $ (24,50 ma­nat)

AZƏR­BAY­CAN (Ba­kı)      0,47 $ (0,70 ma­nat)         0,67 $ (1 ma­nat)                              2,33 $ (3,50 ma­nat)

İran (Teh­ran)                    0,50 $ (115150 ri­al)          0,45 $ (13635 ri­al)            5,00 $ (151400 ri­al)

Qa­za­xıs­tan (As­ta­na)       0,52 $ (175 ten­gə)                           1,50 $ (500 ten­gə)                           2,40 $ (800 ten­gə)

Tür­ki­yə (İs­tan­bul)                           0,70 $ (2 li­rə)                     1,12 $ (3,2 li­rə)                  7,37 $ (21 li­rə)