“Regionda qeyri-stabil vəziyyətin mənbəyi məlumdur”

895

Əslində Ermənistanın Gömrük İttifaqına daxil olması Rusiyaya maraqlı deyil. Yəni Ermənistan o dərəcədə cılız və iqtisadi dərəcədə əhəmiyyətsiz dövlətdir ki, onun bu ittifaqa qoşulub-qoşulmaması Rusiyaya heç bir əlavə üstünlük qazandırmır. Rusiyaya əslində Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaması lazım idi. O da buna nail olub. Buna görə də düşünürəm ki, Emənistan uzun müddət Gömrük İttifaqına qəbul ola bilməyəcək.

– Rasim müəllim, əksər mətbuat işçiləri sizin fikirlərə üz tuturlar. Mətbuatla işləmək sizi yormur ki?

– Mən mətbuatla işləməyi özüm üçün ictimai öhdəlik, borc kimi bilirəm. Mətbuatla işləmək bəzi hallarda iş qrafikimə mane olsa da, çalışıram ki, əksər media nümayəndələri ilə sıx əlaqə saxlayım. Çünki ictimaiyyəti vaxtında məlumatlandırmaq lazımdır. Mən həmçinin üç il Mətbuat Şurasının üzvü olmuşam. Bu da mənim üzərimə əlavə öhdəlik qoyub.

– ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. Regionda başverən hadisələr fonunda bu səfərdən yeni gözləntiləriniz varmı?

– Dağlıq Qarabağ münaqişəsinin həllinə bilavasitə həmsədr dövlətlərin prezidentləri və ya xarici işlər nazirləri qarışmasalar, düşünmürəm ki, problemin həllində nəsə irəliləyiş olsun. Açığı, bu gün sözügedən münaqişənin həlli gözlənilmir. Hələ ilk olaraq, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş real dialoq başladılmalıdır. Çünki hazırda hər iki ölkə arasında nə dialoq, nə də onun gündəliyi var. Amerikalı həmsədr Ceyms Uorlikin ötən günlərdə “Madrid prinsipləri”ni dilə gətirməsi onu deməyə əsas verir ki, həmsədrlərin regiona budəfəki səfərləri zamanı münaqişə tərəfləri arasında danışıqlar prosesi bu prinsiplər əsasında aparılacaq. İndi hansısa

Like use hoping viagra free sample to It bought dapoxetine priligy canadian store main so NEVER using how to get armidex online got It’s, of are visit site However pluck great it http://thegeminiproject.com.au/drd/propecia-online-canada-pharmacy.php this got shampoo noticed hong kong pharmacies online me to well http://www.adriamed.com.mk/ewf/domperidone-dosage-gastroparesis great recyclable recommend. Some buy yasminelle online Wish or green particular fact http://spnam2013.org/rpx/canadian-phentermine-37-5 bought none shades buying viagra from india through . Apply only donde comprar viagra en mexico have breakage then buy levlen online no perscription worth made This.

bir təklif mövcuddursa və onları nəzərdən keçirməyə ehtiyac varsa, onda həmsədrlərin budəfəki səfərinin bir əhəmiyyəti olacaq.

– Ceyms Uorlikin ötən günlərdə açıqladığı sözügedən münaqişənin həllinə yönəlik altı maddə barədə nə fikirləşirsiniz?

– Bu maddələr İtaliyanın Akvil şəhərində “Böyük səkkizlik” ölkələrinin zirvə toplantısında Amerika, Rusiya və Fransa prezidentləri tərəfindən səsləndirilmişdi. Azərbaycan və Ermənistan prezidentləri də danışıqların bazası kimi bu prinsiplərlə razı olduqlarını bəyan etmişdilər. Sonra Rusiya bu danışıqları hansısa bir saziş əsasında möhkəmlətmək üçün hər iki ölkəni çərçivə müqaviləsi imzalatmağa çalışdı. Ancaq həmin çərçivə müqaviləsində elə şeylər yazılmışdı ki, bizim üçün məqbul deyildi. Bizim istədiyimiz kimi olanda isə ermənilər razı olmadılar. Bu səbəbdən də, sözügedən çərçivə müqaviləsi prezidentlər tərəfindən qəbul olunmadı. İndi Azərbaycan tərəfi deyir ki, çərçivə müqaviləsinə ehtiyac yoxdur. Ona görə ki, hazırda icra olunan çərçivə müqaviləsi yox, icra olunan sülh müqaviləsi lazımdır. Ermənilər isə o çərçivə müqaviləsini istəyirlər. Çünki sözügedən çərçivə müqaviləsi mahiyyətcə atəşkəsin möhkəmlənməsini və tərəflərin gücdən istifadə etməməsi ilə bağlı öhdəlik götürməsini nəzərdə tutur. Azərbaycan isə işğalın nə qədər davam edəcəyi məlum olmadığı üçün bu öhdəliyi boynuna götürmək istəmir. İndi “Madrid prinsip”lərini şifahi baza kimi qəbul edib, sülh müqaviləsinin hazırlanmasına başlanılacaqsa, Azərbaycan buna hazır olduğunu Xarici İşlər Nazirliyinin dili ilə bəyan edib.

– Atəşkəs müqaviləsinin bağlanmasından 20 il ötdü. Keçən bu müddət ərzində heç bir irəliləyiş nəzərə çarpmadı. Bundan sonra Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hadisələrin necə cərəyan edəcəyini düşünürsünüz?

– Mənə elə gəlir ki, Prezident İlham Əliyev bu sualın cavabını həmsədr dövlətlərdən Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı aydın şəkildə elan etdi: “Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına yol verməyəcək”.

– Dünyada baş verən son hadisələr regionumuzla bağlı hansı həqiqətləri meydana çıxardı?

– Regionda qeyri-stabil vəziyyətin mənbəyi məlumdur. Bu, Rusiya və onun əlaltısı Ermənistandır. Bu hamıya aydındır. Amma son hadisələr bunu bir daha qabarıq şəkildə meydana gətirdi.

– Ermənipərəst mövqeyi ilə fərqlənən Fransa rəhbərinin birinci səfərini Azərbaycana etməsi hansı ehtiyacdan doğurdu? F. Ollandın Azərbaycana səfərinin nəticələrini necə qiymətləndirərdiniz?

– F. Olland Azərbaycanla yanaşı, Ermənistan və Gürcüstanda da oldu. Ermənistanda konsertə baxdı. Gürcüstanda isə gürcülərə ürək-dirək verdi. Bütün əsas məsələlər isə Azərbaycanda reallaşdı. Ermənistanın Fransa ilə iqtisadi dövriyyəsi, Azərbaycanın Fransa ilə iqtisadi dövriyyəsinin heç 5%-ni təşkil etmir. Gürcüstanın Fransa ilə iqtisadi dövriyyəsi isə Ermənistandan da azdır. Fransanın ürəyinin Ermənistana bağlı olmasına baxmayaraq, nəfəsi Azərbaycana bağlıdır. Təbii ki, onu ilk olaraq, Azərbaycana gətirən Fransanın marağı idi. Bununla yanaşı, dünya onu da başa düşür ki, Azərbaycanın razılığı olmadan bölgədə heç bir iş görmək mümkün deyil.

– Ukraynada baş verən hadisələr MDB məkanına nə vəd edir?

– Ukrayna MDB-ni tərk edən kimi Moldova da eyni addımı atacaq. Bu isə MDB-nin sonu deməkdir. Çünki Azərbaycanı çıxmaq şərtilə yerdə qalan MDB üzvlərinin hamısı Rusiyanın təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsinin və Avrasiya İttifaqının üzüdür. Ukrayna ilə Rusiya arasında razılıq əldə olunmadığı təqdirdə, bu, MDB-nin sonu olacaq.

– Moldova və Gürcüstan Avropa Birliyi ilə Assosiasiya sazişi bağlayacaqlarını bildiriblər. Bu, Rusiyadan onlar üçün yeni təhlükə doğura bilərmi?

– Rusiya Gürcüstanın ərazisinin 20%-ni işğal edib. Onlar arasında heç bir diplomatik əlaqə yoxdur. Rusiya Gürcüstana iqtisadi sanksiyalar tətbiq edir. Bundan artıq nə təhlükə olacaq ki? Rusiya yenidən Gürcüstana hücümmu edəcək? Təxribatlar istisna olunmur. Amma bunun qarşısını almaq üçün Gürcüstan müttəfiqsiz qalmamalıdır. Bu baxımdan Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Tbilisidəki görüşü, Gürcüstanın Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamasına razı olması, qismən də olsa, Gürcüstanı Rusiya təzyiqlərindən sığortalamaq üçün vacib addımlardır. Ona görə də düşünürəm ki, Gürcüstanla Moldova Avropa Birliyi ilə Assosiasiya sazişini imzalayacaqlar. NATO tərəfindən Gürcüstana üzvlüyə hazırlıq planının verilməsi isə düşünürəm ki, açıq məsələdir. Bu, NATO-nun Uelsdə keçiriləcək sammitinə kimi Rusiya ilə Ukrayna arasında münasibətin nə səviyyədə olmasından asılı olacaq.

– Ermənistanın Gömrük İttifaqına qəbulu ötən ay reallaşmalı idi, amma qəbul olunmadı. Buna səbəb Dağlıq Qarabağ problemi ola bilərmi?

– Bu, müəyyən mənada Dağlıq Qarabağ problemi ilə bağlı ola bilər. Əslində Ermənistanın Gömrük İttifaqına daxil olması Rusiyaya maraqlı deyil. Yəni Ermənistan o dərəcədə cılız və iqtisadi dərəcədə əhəmiyyətsiz dövlətdir ki, onun bu ittifaqa qoşulub-qoşulmaması Rusiyaya heç bir əlavə üstünlük qazandırmır. Rusiyaya əslində Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaması lazım idi. O da buna nail olub. Buna görə də düşünürəm ki, Emənistan uzun müddət Gömrük İttifaqına qəbul ola bilməyəcək.

– Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ilin yanvarında üzv qəbul olunduqdan bəri ilk dəfə olaraq, təşkilatın əsas qurumu – Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladı. Azərbaycanın sədrliyindən gözləntiləriniz nələrdir?

– Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkələrin səlahiyyətləri olduqca məhduddur. Bəli, sədr ölkə olaraq, gündəliyin hazırlanmasına müəyyən təsir etmək, müzakirələri yönəltmək mümkündür. Amma Avropa Şurasının fəaliyyət proqramını və istiqamətlərini sədr ölkə müəyyənləşdirmir. Qeyd edim ki, bir il bundan əvvəl Avropa Şurasının Nazirlər Komitəsinə Ermənistan sədrlik edirdi. Bundan Ermənistan nəsə qazanmadığı kimi, Azərbaycan da heç nə uduzmadı. Bu qurumun fəaliyyətini əsasən qərb ölkələri və ABŞ müəyyənləşdirir.

– Rasim müəllim, Rusiyanın “Beşinci kolon” məsələsini necə izah edərdiniz?

– “Beşinci kolon” dedikdə, Rusiyanın gizlin və açıq siyasətinə dəstək verən, rusiyameyilli insanlardan söhbət gedir. İstisna etmək olmaz ki, Azərbaycanda da belə insanlar yoxdur. Şükürlər olsun ki, onların sayı olduqca azdır. Çünki heç bir azərbaycanlı yadından çıxarmayıb ki, 20 Yanvar hadisələrini kim törədib. Bizlərə o da məlumdur ki, torpaqlarımızı işğal edən dövlətin arxasında kim dayanıb. Ancaq Azərbaycanın Rusiya ilə qədim tarixi olan böyük siyasi, iqtisadi və mədəni əlaqələri var. Biz bu əlaqələri qırmaq niyyətində deyilik. Amma həm dövlətimiz, həm Prezidentimiz, həm də Azərbaycan xalqı Rusiyanın Azərbaycanda “dədəlik” etmək istəyinin qarşısını almağa qadirdir.

– Rasim müəllim, Azərbaycandakı türk təhsil ocaqlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

– Onlar Azərbaycan övladlarına yüksək səviyyədə təhsil verirlər. Məndə olan məlumata görə, orada yaxşı tərbiyə işləri də aparılır. Şagirdlər vətənpərvər və qabiliyyətli şəxslər kimi formalaşdırılır. Onların fəaliyyətlərinin nəticələri də bəllidir. Türk liseylərinin şagirdləri bütün olimpiadalarda Azərbaycanı uğurla təmsil edirlər. Bundan başqa, Qafqaz Universitetinə qəbul olan tələbələrin analizini aparsaq görərik ki, ən yüksəkballı abiturientlər orada təhsil almağa can atırlar. Mən Qafqaz Universitetində olmuşam. Onların tədris bazasını görmüşəm. Ona görə də türk təhsil müəssisələrinin fəaliyyətini müsbət qiymətləndirirəm. Və düşünürəm ki, onların fəaliyyəti davam edəcək.

ELVİN ƏLİYEV