Regionda intiharların ən az və ən çox olduğu ölkələr

0
268

Region ölkələri arasında intiharların ən az olduğu ölkə Azərbaycan hesab olunur. alpaninfo.som yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanda hər 100 min nəfərə düşən intiharların sayı 2,6 olub və bu göstəriciyə əsasən 176 ölkə arasında 165-ci sırada yer alıb. Region ölkələri arasında intihar halları yalnız Tacikistanda Azərbaycandan az olub. Tacikistanda hər 100 min nəfərə düşən intiharların sayı 2,5 olub. Regionda ən yüksək intihar göstəricisi isə Rusiyada qeydə alınıb. Rusiyada hər 100 min nəfərə düşən intihar sayı 31 olub və 176 ölkə arasında 2-ci sırada yer alıb.
Ümumiyyətlə isə dünyada intihar hadisələrinin ən çox qeydə alındığı ölkə Litva hesab olunur. Bu ölkədə hər 100 min nəfərə düşən intiharların sayı 31,9 olub. Ən az intihar isə Antiqua və Barbuda da qeydə alınıb: hər 100 min nəfərə 0,5 intihar.
Region ölkələri üzrə qeydə alınan intihar göstəricilərilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

176 ölkə arasında
mövqeyi
 
ÖLKƏLƏR
Hər 100 000 nəfərə düşən say
2Rusiya31
5Belarus26,2
7Qazaxıstan22,5
8Ukrayna22,4
24Moldova15,9
80Qırğızıstan8,3
81Gürcüstan8,2
92Özbəkistan7,4
94Türkiyə7,3
103Türkmənistan6,7
104Ermənistan6,6
142İran4,1
165Azərbaycan2,6
166Tacikistan2,5