“Real Madrid” UEFA Çempionlar Liqasının qalibi olub

39

Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib. Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılan matçda “Liverpul” və “Real Madrid” komandaları qarşılaşıblar.

Oyununun birinci hissəsində hesab açılmayıb.

Matçın 59-cu dəqiqəsində Federiko Valverdenin cinah ötürməsindən sonra Vinisius Junior hesabı açıb -1:0. Oyunda başqa qol olmayıb.

Beləliklə, Karlo Ançelottinin yetirmələri minimal hesablı qələbə qazanaraq 14-cü dəfə Çempionlar Liqasının qalibi olublar.

Qeyd edək ki, komandalar qitənin ən nüfuzlu klub turnirində bu oyunadək 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanmış, bir görüş heç-heçə başa çatmışdı. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var idi – 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Hazırda Yürgen Kloppun baş məşqçisi olduğu komanda isə Çempionlar Liqasının finalında 6 dəfə qələbə sevinci yaşayıb.

Bununla da Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulub.