Rauf Məmmədov nörveçli dünya çempionu ilə üz-üzə gələcək

492

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirində bu gün III turun görüşləri keçiriləcək. Azərbaycan təmsilçilərindən Rauf Məmmədov nörveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Teymur Rəcəbov qara fiqurlarla hollandiyalı Aniş Girini sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə ağ fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşacaq.

Turun proqramı:

Aniş Giri (Hollandiya) – Teymur Rəcəbov (Azərbaycan)

Dinq Liren (Çin) – Veselin Topalov (Bolqarıstan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Sergey Karyakin (Rusiya)

David Navara (Çexiya) – Radoslav Voytaşek (Polşa)

Rauf Məmmədov (Azərbaycan) – Maqnus Karlsen (Norveç)

Görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, ikinci tuurun bütün partiyalarında heç-heçə qeydə alınıb. Belə ki, Teymur Rəcəbov Rauf Məmmədov ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov polşalı Radoslav Voytaşek ilə görüşdə sülh bağlayıb. Norveç şahmatçısı Maqnus Karlsen isə çexiyalı David Navara ilə görüşdə yarım xalla kifayətlənib. Rusiyalı Sergey Karyakin Çin idmançısı Dinq Liren, Bolqarıstan şahmatçısı Veselin Topalov isə hollandiyalı Aniş Giri ilə xalları yarı bölüblər.

Hazırda bütün şahmatçıların hesabında 1 xal var.

Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət keçirilir.