Ramiz Novruzovun 60 illiyi qeyd olunub

0
436

Akademik Milli Dram Teatrının aktyoru, Respublikanın Xalq artisti Ramiz Novruzun 60 yaşı tamam olub. 22, 23, 24 may tarixlərində Akademik Milli Dram Teatrında Xalq Artistinin 60 illik yubileyi münasibəti ilə aktyorun baş rolları ifa etdiyi “Nadir şah”, “Silindr” və “Xanuma” tamaşaları nümayiş olunub. 24 may tarixində tamaşadan öncə pərdə önünə çıxan sənət dostları aktyoru təbrik edib, ona yeni-yeni sənət uğurları arzulayıblar. Sonra M.Mikayılovun quruluşunda hazırlanan “Xanuma” tamaşası nümayiş olunub. A.Saqarelinin pyesi əsasında hazırlanan tamaşa seyrçilər tərəfindən coşğunluqla qarşılanıb.

Ramiz Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
1974-1978-ci illərdəM.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyorluğu fakültəsində Adil İsgəndərovun kursunda təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildəAzərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik Milli Dram Teatrının səhnəsində Nəvvab və İran şəhzadəsi (“Xurşid banu Natəvan”, İlyas Əfəndiyev), Mayor Edmund (“ŞeyxXiyabani”, İlyasƏfəndiyev), Bahadur (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Məhəmməd Suvarlı (“Sevgililərin cəhənnəmdə vüsalı”, İlyasƏfəndiyev), Cəmil (“Bizim qəribə taleyimiz”, İlyasƏfəndiyev), Sisyanov və Kərbəlayi Xan (“Hökmdar və qızı”, İlyasƏfəndiyev), Seyton (“Maqbet” Uilyam Şekspir), Edmund (“KralLir”, Uilyam Şekspir), Kreon (“Medeya”, J.Anuy), İbnYəmin (“İblis”, Hüseyn Cavid), Səlim bəy (“Lənkəran xanının vəziri”, Mirzə FətəliAxundzadə), Loğman (“Fəryad”, BəxtiyarVahabzadə), Laçın (“Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə), Toğrul (“Cəzasız günah”, Bəxtiyar Vahabzadə), Fərhad (“Sənsiz”, Şıxəli Qurbanov), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Andranik və Nostradamus (“Hələ sevirəm” deməmişdilər…”, RamizNovruz), Ələsbəy (“Dirilən adam”, Mir Cəlal), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayılŞıxlı), Murad (“Xəcalət”, Hüseynbala Mirələmov), Cəbrayıl (“Teleskop”, Elçin), “Yaşlı qadının gəlişi” (F.Dürrenmat), Knyaz Pantiaşvili (“Xanuma”, A.Saqareli), Nadir şah (“Nadir şah”, Y.Oğuz), Attilio (“Silindr”, E. de Filippo)və s. rollar oynayıb.
R. Novruzun yaradıcılığının birqolunu da kino fəaliyyəti təşkiledir. İstedadlı aktyor “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində generalHəzi Aslanovvə s. rollara çəkilib.
H. Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O. Kamalın “Dodaqdan qəlbə” (Kənanbəy), “Yad qızı”(Nihad) və s. maraqlı rollaroynayıb.
Teatrsənətindəki xidmətlərinə görə RamizNovruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildən Prezident Mükafatına layiq görülmüşdür.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here