Ramiz Abutalıbov vəfat edib

190

Tanınmış Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrasiyası tarixinin araşdırıcısı Ramiz Abutalıbov 85 yaşında Moskvada vəfat edib.

Ramiz Abutalıbov 1937-ci ildə Gəncədə anadan olub. Müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb. Azərbaycan emiqrasiyasının tarixinə həsr olunmuş əsərlərin müəllifidir.

Ramiz Abutalıbov Fransanın Fəxri Legion Ordeninə və “Puşkin” medalına layiq görülüb