Ramiz Əzizbəyli son mənzilə yola salınıb

32

Ötən gün vəfat edən Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilib.

Mərasim Xalq artistinin yaşadığı binanın önündə keçirilib.

R. Əzizbəyli ilə vida mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər. Sənətkarın nəşi dəfn edilmək üçün “Qurd qapısı” qəbiristanlığına yola salınıb.