Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən verilən məlumata görə, 26 iyun – Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür. Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.
Son xəbərlər
“Şerimizin səssiz səsiyəm”
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümü ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şeirimizin səssiz səsiyəm” adlı ikihissəli...